Erudit
Bazar ertəsi, 31 Августа 26, 17:12
Приветствую Вас Qonaq | RSS
 
Anasəhifə Qayda və qanunlar - ForumProfilim Çıxış
[Yeni ismarıc · İstifadəçilər · Qaydalar · Axtar · RSS ]
  • Страница 1 из 1
  • 1
Qayda və qanunlar
Abbas_M Tarix: Şənbə, 17 Января 09, 16:00 | İsmarıc # 1
Рядовой
Qrup : İdarəçi
İsmarıc sayı: 6
Reputasiya: 0 ±
Status: Offline
Erudit.Ucoz.Net Forumunun Qayda və Qanunları aşağıdakı kimidir:

1. Erudit.Ucoz.Net forumu təsnifatına uyğun olaraq açılmış mövzular ətrafında bilik və təcrübələri, xülasələri, zehni məşğul edən düşüncələri, tənqid və təhlilləri bölüşmək üçün qurulmuş virtual məkandır.

2.Erudit.Ucoz.Net forumunda yazışmaq hüququ yalnız qeydiyyatlı istifadəçilərə məxsusdur. Qeydiyyatsız istifadəçilərin yazışmalar aparmasına izin verilmir.

3.Erudit.Ucoz.Net forumu idarə hey’əti,
a. milli adət-ən’ənələrəmizə zidd olan
b. əxlaq qaydalarını pozan,
c. Azərbaycan vətəndaşları arasında milli, irqi, dini ayrı-seçkilik yaradan
d. dövlətçilik mənafelərinə zidd olan e. hər hansı bir dini və siyasi qrupun ekstremist fikirlərini təbliğ edən
f. tərkibində vulqarizm, sərt, alçaldıcı söz və kobud ifadələr olan, sataşma xarakterli
g. forum xaricindəki şəxslərə və ictimai-siyasi, mədəni təşkilatlara zərər verən
h. müzakirə obyekti olan mövzunu sapdıran
i. insan haqqlarına xələl gətirən
j. maarifləndirici, düşündürücü olmayan, yalnız əyləndirici xarakter daşıyan
k. ifrat dil xətalarına yol verilən
l. təkrar açılan və açıldığı kateqoriyaya uyğun olmayan
m. BBCode imkanlarından və mimikalar paketindən ifrat dərəcədə istifadə edilən
n. ikili dialoq şəklində davam edən və üçüncü şəxsə maraqlı olmayan, “söhbət” (çat) xarakterli
o. zorakılığa çağıran və ya zorakılıqla assosiasiya olunan
mövzu (ismarıcları, istifadəçi adlarını, imzaları, istifadəçi şəkillərini (avataraları) və imzalardakı şəkilləri) bağlamaq, silmək və ya onlar üzərində düzəlişlər etmək səlahiyyətinə sahibdir (üçüncü şəxsə hər hansı bir faydası olmayan ikili dialoqlar, tənqid və mübahisələr şəxsi yazışmalar şəklində davam etdirilməlidir.).

4.Erudit.Ucoz.Net forumuna göndərilən ismarışların daxili məzmunu üçün bütün mə`suliyyəti müəllif istifadəçi daşıyır və Erudit.Ucoz.Net heç bir şəkildə istifadəçilərin fikir və yazıları üçün cavabdeh deyil.

5.Erudit.Ucoz.Net forumuna hər hansı bir müəssisə və ya təşkilatın ticari məqsəd və mənafelərinə xidmət edən reklam və reklam tipli elanları əhatə edən mövzu və ya ismarıclar yerləşdirmək qadağandır. ümumiyyətlə, bu tip materialların təsbiti və onlar haqqında hüquqi qərar Erudit.Ucoz.Net- ə aiddir.

6.Erudit.Ucoz.Net forumuna birdən artıq istifadəçi adı ilə üzv olmaq qadağandır. Bu kimi hallar təsbit olunduğu təqdirdə müvafiq hüquqi tədbirlər görüləcəkdir. Bu hüquqi tədbirlər istifadəçi hesabının deaktivləşdirilməsi, silinməsi və istifadəçinin foruma girişinin müəyyən müddət üçün məhdudlaşdırılması kimi addımların atılması ilə həyata keçiriləcəkdir.

7.Erudit.Ucoz.Net forumuna göndərilmiş materiallardan forum üzvləri və ya forumdan kənar şəxslər istifadə etdikləri zaman istinad göstərmələri tövsiyyə edilir.

8.Erudit.Ucoz.Net forumunun ümumi istifadəyə açıq bölmələrində verilən şəxsi mə’lumatların sui-istifadəsi nəticəsində yaranacaq problemlərdə şəxsi mə’lumatlarını könüllü olaraq açıq qeyd edən şəxsin məhz özü məs’uliyyət daşıyır və bu halda Akademiya.Net heç bir hüquqi və mən’əvi məs’uliyyət daşımır.

9.Erudit.Ucoz.Net forumu qayda-qanunlarına tabe olmayan istifadəçinin əvvəldən foruma üzvlüyü arzuolunmazdır. Lakin əvvəldən qəbul edib, sonradan yuxarıda qeyd edilən qanunlara tabe olmayan, forumun cizgisinə xələl gətirən üzvə qarşı hüququn imkan verdiyi müvafiq tədbirlərə əl atılacaqdır. Bu tədbirlər silsiləsinə forum idarə hey’əti tərəfindən rəsmi xəbərdarlıq, yazıların silinməsi və redaktə edilməsi, müəyyən müddət üçün hesabın deaktivləşdirilməsi, qeydiyyatın silinməsi və ən nəhayət, (islaholunmaz vəziyyət qarşısında) foruma girişin bağlanması daxildir

10.Erudit.Ucoz.Net forumuna üzv olan və forumun imkanlarından istifadə edən hər bir üzv yuxarıda qeyd edilmiş qanunları və bütün hüqüqi məs’uliyyətləri qəbul etmiş hesab olunur.

Erudit.Ucoz.Net yuxarıda bəyan edilən bütün qayda-qanunlar üzərində ehtiyac yarandığı zaman dəyişikliklər və əlavələr etmək hüququna sahibdir.

Erudit.Ucoz.Net


Uzaqlara getmek arzusunda...
 
  • Страница 1 из 1
  • 1
Поиск:

Copyright MyCorp © 2026
Конструктор сайтовuCoz